logo

Türkiyədə saxlanılan İŞİD üzvlərindən xeyli sayda silah götürülüb

23:31 04-03-2018 | icon 2429
Türkiyədə saxlanılan İŞİD üzvlərindən xeyli sayda silah götürülüb

Türkiyənin Suriya ilə sərhədində yerləşən Şanlıurfa bölgəsinin Akçakale rayonunda saxlanılan 3 əcnəbi vətəndaşdan 69 ədəd tapança götürülüb. 

YeniAvropa xəbər verir  ki, ölkənin təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərin İŞİD terror qruplaşmasının üzvləri olduğu müəyyənləşib.

Məlum olub ki, terrorçular Türkiyə ərazisinə qeyri-qanuni yolla keçiblər.