Belə ki, Sədibəyov podratçı şirkətin rəhbərliyi ilə razılığa gələrək, kurort zonasında yerləşən gölün təmizlənmsi üçün nəzərdə tutulmuş büdcə vəsaitini ələ keçirib. Bu işdə nazirliyin departamentlərindən birinin rəisinin və podratçı şirkətin bir neçə yüksək vəzifəli şəxslərinin əli olduğu bildirilir.
2017-ci ildə gölün təmizlənməsi üçün ayrılmış 3,6 milyard tengedən 1 milyardı mənimsənilib. Bundan başqa, 2018-ci ilin büdcəsindən həmin işlərin görülməsinə ayrılmış vəsaitdən 1,5 milyard tengenin oğurlanmasının qarşısı alınıb.