“Türk Hava Yolları” (THY) uçduğu ölkələrin sayını 121-ə, istiqamətlərin sayını isə 301-ə çatdırıb.
“Türk Hava Yolları”ndan YeniAvropa-ya bildirilib ki, Türkiyənin milli aviaşirkəti son olaraq Fritauna (Syerra-Leone) birbaşa reyslər həyata keçirməyə başlayıb, bununla da uçuşlar etdiyi ölkə və istiqamətlərin sayını artırıb.
Afrika üzrə digər aviaşirkətlərdən daha çox istiqamətlərə uçuşlar həyata keçirən və bu yaxınlarda Fritaunun paytaxtı Syerra-Leoneyə birbaşa reyslər açan “Türk Hava Yolları” öz marşrut şəbəkəsini fəal şəkildə inkişaf etdirir.
Hazırda aviaşirkət Akkra, Laqos, Bamako, Konakri, Dakar, Abican, Kotonu, Duala, Yaunde, Ndjamena, Uaqaduqu, Niamey, Keyptaun, Yohanesburq və Afrikanın bir çox digər şəhərlərinə uçuşlar həyata keçirir.