logo

Narkoloji Dispanserdə yanğın: ölənlər var

10:08 02-03-2018 | icon 3941
Narkoloji Dispanserdə yanğın: ölənlər var

Bu gün səhər saatlarında güclü yanğının baş verdiyi Narkoloji Dispanserin yaxınlığına heç kim, o cümlədən jurnalistlər buraxılmır. Polis ətrafda güclü mühafizə tədbirləri görüb, foto və videoçəkilişlər aparmağa icazə verilmir. Daxili İşlər Nazirliyinin və Baş prokurorluğun yüksək vəzifəli şəxslərinin hadisə yerində olduğu bildirilir.

Xatırladaq ki, bu gün səhər  saatlarında  Bakının  Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verib. Yanğın yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, eləcə də təcili tibbi yardım briqadaları cəlb olunub. Mərkəzin pasiyentlərinin evakuasiyası başlayıb.

Yanğın zamanı azı bir nəfərin öldüyü məlumdur. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə meyiti aşkar edilən şəxsin Mərkəzdə müalicə alan xəstələrdən biridir,  hazırda onun  şəxsiyyətinin  məlum olmadığı bildirilir. Ölənlərin sayının artma ehtimalı var.

Azərbaycan Baş Prokurorluğunun yüksək vəzifəli şəxsləri də hadisə yerinə cəlb olunublar.Hava küləkli olduğundan alovu söndürmək çətinləşib. Bu səbəbdən, FHN-in digər rayonlar üzrə yanğın mühafizə xidmətlərinin briqadaları da hadisə yerinə cəlb edilib.

Əlavə məlumat veriləcək.