Rusiyada prezident seçkiləri yaxınlaşdıqca prezidentliyə namizədlərin canlı debatları daha da gərgin keçir.
YeniAvropa xəbər verir ki, elə bugünkü teledebat da əvvəlkilərdən heç də geri qalmayıb. “Rossiya 1” telekanalında yayımlanan teledebatda Rusiya prezidentliyinə namizəd Vladimir Jirinovski digər namizəd Kseniya Sobçakın sözünü dəfələrlə kəsərək ona "bazar arvadı", " axmaq", "fahişə" kimi ifadələr söyləyib. Qarşılığında isə Sobçak masanın üzərindəki suyu Vladimir Jirinovskinin üstünə atıb. Namizədlər arasında yaranan mübahisə qalmaqala çevrilib. Nəticədə debatın yayımı dayandırılıb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.