logo

Cari ilin on ayında 170 mindən çox Gürcüstan vətəndaşı Şengen bölgəsinə vizasız səfər edib

00:23 20-12-2017 | icon 2121
Cari ilin on ayında 170 mindən çox Gürcüstan vətəndaşı Şengen bölgəsinə vizasız səfər edib

Cari ilin mart ayından dekabrın 17-dək 174 min 596 Gürcüstan vətəndaşı Şengen bölgəsinə səfər edib.YeniAvropa Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, bunlardan 494 nəfəri Şengen bölgəsinə buraxılmayıb.

DİN-in məlumatında deyilir ki, bu statistika Şengen ölkələri aeroportlarından alınan məlumatlar əsasında hazırlanıb.

Gürcüstan DİN-i bununla belə ilin sonunadıkŞengen ölkələrinə səfər edən ölkə vətəndaşlarının sayının  175 min nəfərdən çox olacağını istisna etməyib.