logo

Polşa prezidenti növbəti dəfə avtoqəzaya düşdü

21:34 27-02-2018 | icon 2499
Polşa prezidenti növbəti dəfə avtoqəzaya düşdü

Polşa prezidenti Anjey Dudanın “limuzin”i Krakov şəhərində qəzaya uğrayıb. 

YeniAvropa xəbər verir  ki, bu haqda yerli TV24 kanalı məlumat yayıb. Xəbərdə qeyd edilir ki, içində prezidentin olduğu  avtomobil küçədə tramvay xətlərini ayıran beton məhəccərlərə ilişərək yolda qalıb. İnsident zamanı heç kim xəsarət almayıb.  Dövlət başçısı başqa bir maşınla Boxnya şəhərinə səfərini davam etdirib. 

Xəbərdə qeyd edilib ki, Polşa prezidenti Boxnya şəhərinin fəxri vətəndaşı adının verillməsinə həsr olunan mərasimdə iştirak etmək üçün bu şəhər gedirmiş.

Xatırladaq ki,  bu, Polşa prezidentinin avtomobilinin düşdüyü ilk qəza deyil. Yerli mətbuatın yazdığına görə bundan əvvəl o 2016-cı ilin martında  və 2017-ci ilni fevralında da avtomobildə olan nasazlıqlar üzündən qəzaya düşüb.