ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin həlak olduğu barədə 100 faizli dəlil-sübuta malik deyil.
YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə beynəlxalq koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon bildirib.
“Əl-Bağdadinin öldüyünə dair 100 faizlik sübutlarımız olmadığı üçün biz onun sağ olduğunu düşünürük. Odur ki, bundan sonra da onu axtarmağa davam edəcəyik”, - deyə Dillon fevralın 26-da telefon vasitəsi ilə keçirilən brifinqdə qeyd edib. Onun sözlərinə görə, operativ qrup həm əl-Bağdadinin, həm də İŞİD qruplaşmasının digər üzvlərinin axtarışını davam etdirir.
Xatırladaq ki, əvvəllər İŞİD terror qruplaşması başçısının öldürüldüyünə dair dəfələrlə məlumat yayılsa da, onların heç biri öz təsdiqini tapmamışdı.