Cari ildə qanunsuz yollarla İrana gətirilən 68 ton narkotik maddə müsadirə olunaraq məhv edilib.
YeniAvropa xəbər verir ki, i, bu barədə İranın Sərhəd Mühafizəsi Birliyinin rəhbəri general Qasım Rzayi mətbuata açıqlamasında deyib.
General bildirib ki, ötən ilə nisbətən qanunsuz narkotik qaçaqmalçılığında 11 faiz artım müşahidə olunub. Qaçaqmalçılar narkotik maddələri İran üzərindən keçirməklə başqa dövlətlərə daşımağa çalışırlar.
General İranın quru sərhədlərinin olduqca uzun olduğunu deyərək sərhədlərin daha ciddi mühafizəsi üçün hökumətdən və Məclisdən dəstək istəyib.