Bu gün Gürcüstanda Sovet İşğalı Günü qeyd olunur. YeniAvropa xəbər verir ki, bununla əlaqədar olaraq bu gün dövlət idarə və müəssislərində dövlət bayraqları endirilib.
Xatırladaq ki, 1921-ci il fevralın 25-də Qızıl Ordu birləşmələri müstəqil Gürcüstan ordusunu məğlub edərək, ölkədə Sovet hakimiyyətini qurmuşdur. 2011-ci ildə parlamentin qərarı ilə bu tarix müstəqil Gürcüstan dövlətinin sovet imperiyası tərəfindən işğalı günü kimi qeyd olunur.
Bu gün ölkə ərazisində keçirilən anım tədbirlərində işğal zamanı həlak olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sovet İşğalı Günü ilə əlaqədar paytaxt Tbilisidə olduğu kimi, bölgələrdə də tədbirlər keçirilir, gənclərə sovet işğalı ilə bağlı məlumatlar verilir.