logo

“Zeytun budağı” əməliyyatında  1931 terrorçu məhv edilib

16:21 24-02-2018 | icon 2345
“Zeytun budağı” əməliyyatında  1931 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1931 nəfərə çatıb.YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.Məlumatda bildirilir ki, son sutkada 58 terrorçu məhv edilib.

Qeyd edək ki, Baş Qərargahın terrorçulardan azad edilən məntəqələrin sayı ilə bağlı ötən gün açıqladığı son rəqəm 100 olub.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.