Nursultan Nazarbayev latın qrafikalı qazax əlifbasının yeni versiyasını təsdiqləyib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın qrafikası əsasında tərtib olunmuş qazax əlifbasının yeni versiyasını təsdiqləyən fərmanı imzalayıb.
YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, yeni əlifbada edilən dəyişiklik barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 2017-ci ilin oktyabrında Nazarbayev qazax dili əlifbasının 2025-ci ilə qədər tədricən latın qrafikasına keçidi barədə fərman imzalamışdı. Dəyişikliyə əsasən, prezident tərəfindən təsdiq edilən 32 hərfdən ibarət yeni əlifbadan apostrof işarəsi çıxarılıb.
Qeyd edək ki, Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikasından, 1940-cı ilədək latın qrafikasından, o vaxtdan bu günə qədər isə kiril qrafikasından istifadə olunub. Kiril qrafikası əsasında yaradılmış qazax əlifbası hazırda 42 hərfdən ibarətdir.