logo

Afrində 1614 terrorçu məhv edilib

16:02 18-02-2018 | icon 2394
Afrində 1614 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı ilə bağlı son rəqəmləri açıqlayıb. YeniAvropa xəbər verir  ki, bu barədə "Hürriyyet.com" xəbər verib. Türkiyə ordusuna istinadən yayılan məlumata görə, "Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 1614 terrorçu zərərsizləşdirilib. 

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 31 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 65-ə çatıb.

Xatırladaq ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.