İranın Fövqəladə Hallar Mərkəzinin yaydığı məlumata görə, göyərtəsində 66 sərnişin olan təyyarə İsfahan şəhəri yaxınlığında qəzaya uğrayıb.
YeniAvropa xəbər verir ki, təcili tibbi yardım mərkəzinin həkimləri, polis və Fövqəladə Hallar Mərkəzinin əməkdaşları hadisə yerinə yola düşüblər.
İranın Fövqəladə Hallar Mərkəzi hadisə haqqında əlavə məlumat veriləcəyini bildirib.
Sərnişinlər arasında ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.