logo

Romada ikinci dəfə Azərbaycan Kulinariyası Festivalı keçiriləcək

18:05 07-11-2019 | icon 9492
Romada ikinci dəfə Azərbaycan Kulinariyası Festivalı keçiriləcək

Noyabrın 27-dən 29-dək İtaliyanın paytaxtında ikinci dəfə Azərbaycan Kulinariyası Festivalı keçiriləcək.

YeniAvropa xəbər verir  ki, festival Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Festival çərçivəsində milli mətbəximizin ən qədim, məşhur və yeni dadları qonaqlara təqdim olunacaq. Bunlar arasında mətbəximizin şahı olan plov, dolma, qutab, paxlava və daha bir çox çeşid yer alacaq. Həmçinin qonaqlara Azərbaycan qonaqpərvərliyinin simvolu olan çay ənənələri də nümayiş etdiriləcək.

Xatırladaq ki, yerli Azərbaycan brendlərinin, o cümlədən şərablarının da dadılacağı festival barədə məlumat İtaliya mətbuatında da geniş işıqlandırılıb. Birinci festivalda olduğu kimi, bu il də tədbirə maraq böyükdür.