logo

“Zeytun budağı” :zərərsizləşdirilən terrorçuların sayı 1551-ə çatıb

10:29 16-02-2018 | icon 2415
“Zeytun budağı” :zərərsizləşdirilən terrorçuların sayı 1551-ə çatıb

Türkiyə Silahlı Qüvvələrinin PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarının üzvlərinə qarşı Suriyanın Afrin bölgəsində apardığı əməliyyat nəticəsində öldürülən terrorçuların sayı 1551-ə çatıb.

YeniAvropa "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

Türkiyə Silahlı Qüvvələrinin yanvarın 20-dən başlatdığı “Zeytun budağı” əməliyyatının məqsədi qardaş ölkə üçün təhdid yaradan PKK, KCK, PYD-YPG və İŞİD terror qruplaşmalarını bölgədən uzaqlaşdırmaq, sərhəd xəttinin və həmin ərazilərdə yaşayan əhalinin təhlükəsizliyini təmin etməkdir.