Bu gün, fevralın 12-də Birləşmiş Ərəb Əmirliklərinin əsas maliyyə mərkəsi sayılan Dubay şəhərində dünyanın ən hündür oteli olan "The Gevora"nın açılışı olacaq.
YeniAvropa yerli "Khaleei Times" nəşrinə istinadla xəbər verir ki, yeni otel Dubayın mərkəzi küçələrindən biri sayılan Şeyx Zayed şossesində yerləşir. 75 mərtəbədən ibarət olan otelin hündürlüyü 356 metrdir.
Xatırladaq ki, indiyədək dünyanın ən hündür oteli Dubayda yerləşən 72 mərtəbəli "JW Marriott Marquis" oteli hesab olunurdu, onun hündürlüyü isə 355 metr təşkil edirdi.
"The Gevora" otelində 528 nömrədən 232-si delyuks(beş və daha artıq ulduzlu) olacaq. Oteldə həmçinin SPA, idman və gözəllik salonları, hovuzlar kompleksi yerləşir. Burada həmçinin yerli və dünya mətbəx nümunələrini təqdim edən 5 restoran mövcuddur. Restoranlardan biri otelin damında-açıq havada olacaq. Buradan şəhərin panoramasını seyr etmək mümkün olacaq