İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə İranda ilk dəfə olaraq təcili tibbi yardım kateri istifadəyə verilib.
YeniAvropa xəbər verir ki, İranın səhiyyə naziri Həsən Qazizadənin iştirakı ilə Bəndər-Abbas limanında istifadəyə verilən katerin qiyməti 1 milyon dollar dəyərindədir.
Katerdə 4 çarpayı, reanimasiya və intensiv terapiya bölmələri var. Katerdə tibbi heyətin əməliyyatlar həyata keçirməsi üçün də hər cür şərait yaradılıb.