logo

Rusiyada qəzaya uğrayan təyyarədə azərbaycanlı da olub

20:26 11-02-2018 | icon 2555
Rusiyada qəzaya uğrayan təyyarədə azərbaycanlı da olub

Rusiyada təyyarə qəzasında ölənlər arasında Qəhrəmanov Namiq adlı sərnişinin azərbaycanlı olduğu təsdiqlənib. O, Rusiya vətəndaşıdır, əslən Yevlax rayonundandır. YeniAvropa xəbər verir  ki, Rusiya İstintaq Komitəsi qəzanın səbəbləri arasında insan faktoru, hava şəraiti və təyyarənin nasazlığı ehtimallarını irəli sürüb. “Saratov Hava Yolları”nın sığorta tərəfdaşı olan “AlfaStraxovaniye” şirkəti qəzada həlak olanların ailələrinə 100 min rubl təzminat ödəyəcək.

Fevralın 12-i Orenburq vilayətində matəm elan olunacaq.

Qeyd edək ki, bu gün Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus Аn-148 sərnişin təyyarəsi Domodedovo hava limanından uçduqdan dərhal sonra radarlardan itib. Təyyarə Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtaran yoxdur.