Fevralın 10-da Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçirilən antiterror əməliyyatlarının gedişində 9 əsgərini itirib. Terrorçular, həmçinin “ATAK” tipli hərbi helikopteri vurublar. Bu barədə Silahlı Qüvvələrin Baş qərargahı məlumat yayıb.YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, dünən azı 39 terrorçu öldürülüb. Bununla da “Zeytun budağı” əməliyyatının başlanğıcından indiyədək zərərsizləşdirilən terrorçuların sayı 1180-nə çatıb. Gün ərzində PKK-PYD-YPG və İŞİD terror təşkilatlarına aid 36 hədəf də məhv edilib.
Hazırda sərhəd xəttinə əlavə hərbi qüvvələr və zirehli texnika cəmləşdirilir.