logo

Sabunçuda yataqxanada baş verən yanğın söndürülüb

21:58 09-08-2019 | icon 4172
Sabunçuda yataqxanada baş verən yanğın söndürülüb

 

Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 9-da Sabunçu qəsəbəsində yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

YeniAvropa FHN-in saytına istinadla xəbər verir ki, çoxmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində baş verən hadisə nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan mənzil 25 kvadratmetr sahədə yanıb. Yanğın zamanı altı sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.