logo

"Zeytun budağı" əməliyyatında  947 terrorçu öldürülüb

14:25 05-02-2018 | icon 2478
"Zeytun budağı" əməliyyatında  947 terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağ" əməliyyatı zamanı indiyədək 947 terrorçu məhv edilib. YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, bu gün aviazərbələr nəticəsində Afrində terrorçuların təxminən 10 dayaq məntəqəsi darmadağın edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.