logo

Ukraynanın 400-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb

17:32 04-02-2018 | icon 2597
Ukraynanın 400-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb

Ukrayna ərazisində hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində yeddi vilayətdə 400-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. YeniAvropa  Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir ki, fevralın 3-dən 4-ə keçən gecə güclü yağış, sulu qar və külək ölkənin elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub. Təkcə Lvov vilayətində 220 yaşayış məntəqəsi işıqsız qalıb.

Ümumilikdə, 7 vilayətdə 394 yaşayış məntəqəsi işıqsız qalıb, hazırda fövqəladə vəziyyətin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.