Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) növbəti qurultayı keçirilib . YeniAvropa Türkiyə KİV-ə istinadən bildirir ki, qurultayda Kamal Kılıçdaroğlu yenidən CHP sədr seçilib. Qurultayda iştirak edən
1266 nümayəndədən 1253-ü səsvermədə iştirak edib. 16 nəfərin səsi etibarsız sayılıb. Kamal Kılıçdaroğlunun lehinə nümayəndələrin 790 nəfəri səs verib. K.Kılıçdaroğlunun əsas rəqibi Yalova millət vəkili Məhərrəm İncə isə 447 səs toplayıb.