Pakistanın şimalında terrorçular hərbi hissəyə hücum ediblər. YeniAvropa xəbər verir ki, yerli KİV-lərin hərbi mənbələrə istinadla yaydığı məlumata görə, hücum nəticəsində 11 hərbçi ölüb, 13-ü yaralanıb. Üç nəfər hadisə yerində həlak olub, digərləri sonra aldıqları yaralardan keçinib.
Terrorçu-kamikadzenin partlayıcı qurğunu hərbi hissənin idman meydançasında işə saldığı bildirilir.
İnsidentlə bağlı təhqiqat aparılır.