logo

İdlibdə Rusiya təyyarəsi vurulub, pilot həlak olub

21:13 03-02-2018 | icon 2569
İdlibdə Rusiya təyyarəsi vurulub, pilot həlak olub

Bu gün Suriyanın İdlib bölgəsində uçuş həyata keçirən Rusiyaya məxsus qırıcı təyyarə vurulub. YeniAvropa xəbər verir  ki, "Interfax" agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadla yaydığı məlumata görə, "Su-25" qırıcı  təyyarəsi silahlıların nəzarətində olan rayonda səyyar zenit-raket kompleksindən atəşə tutulub. Rusiyalı pilot terrorçularla atışmada həlak olub. Cəsədin qaytarılması üçün tədbirlər görülür.

Rəsmi məlumata əsasən, Suriyada aparılan hərbi əməliyyatlar zamanı Rusiya bu insidentədək 4 təyyarə və 4 helikopter itirib.