logo

“Zeytun budağı” əməliyyatında üç türk hərbçisi həyatını itirib

19:34 03-02-2018 | icon 2618
“Zeytun budağı” əməliyyatında üç türk hərbçisi həyatını itirib

Türkiyə Silahlı Qüvvələrinin PKK/PYD/YPG/İŞID terror qruplaşmalarının üzvlərinə qarşı Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatının gedişində daha üç türk hərbçisi həlak olub. YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, fevralın 3-də iki əsgər terrorçularla atışmada və Kilis sərhəd bölgəsinə hücum zamanı həyatını itirib. Bu gün terrorçular, həmçinin Türkiyə Silahlı Qüvvələrinin bir tankını vurublar. Nəticədə bir hərbçi həlak olub, biri isə yaralanıb. Bununla da əməliyyatın başladığı iki həftə ərzində həlak olan hərbçilərin sayı 8 nəfərə çatıb.

Baş Qərargahın yaydığı digər açıqlamada “Zeytun budağı” əməliyyatının gedişində indiyədək 897 terrorçunun zərərsizləşdirildiyi bildirilir.