logo

Finlandiya prezidentinin oğlu olub

15:52 03-02-2018 | icon 2562
Finlandiya prezidentinin oğlu olub

Fevralın 2-də axşam saatlarında Finlandiya Prezidenti Sauli Niinistö və həyat yoldaşı Jenni Haukio cütlüyünün oğlu olub. YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanası məlumat yayıb. Məlumatda prezidentin doğuşda iştirak etdiyi və körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.

Bu, 69 yaşlı Niinistönün ikinci evliliyidir. Onun birinci həyat yoldaşı 1995-ci ildə avtomobil qəzası nəticəsində həlak olub. İlk evliliyindən iki oğlu olan prezident 2009-cu ildə 40 yaşlı şairə Jenni Haukio ilə ailə həyatı qurub. O, Finlandiya tarixində prezidentliyi dövründə ata olan ilk dövlət başçısıdır.

Xatırladaq ki, Sauli Niinistö yanvarın 28-də yenidən ölkə prezidenti seçilib və fevralın 1-də vəzifəsinin icrasına başlayıb. O, 67,2 faiz səslə digər 7 namizədi xeyli qabaqlayıb və seçkilərin ilk turunda qələbə qazanıb.