Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda keçirdiyi hərbi əməliyyatı izləyən "Anadolu" agentliyinin müxbiri Sarp Özər yaralanıb. YeniAvropa “Anadolu” agentliyinə istinadla xəbər verir ki, raket və top mərmisinin yaxınlığına düşməsi nəticəsində jurnalist əlindən və ayağından yara alıb.
S.Özər ilkin tibbi yardımdan sonra Türkiyədə xəstəxanaya çatdırılıb. Vəziyyəti yaxşıdır.