2017-ci ildə Türkiyə əhalisinin sayı əvvəlki illə müqayisədə 995 min 654 min nəfər artaraq 80 milyon 810 min 525 nəfərə çatıb. YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Statistika İnstitutunun məlumatına görə, əhalinin 50,2 faizini (40 milyon 535 min 135 nəfər) kişilər, 49,8 faizini (40 milyon 275 min 390 nəfər) isə qadınlar təşkil edir. Ölkədə şəhər əhalisinin sayı 92,5 faizə qədər artıb.
Əhalinin 18,6 faizi (15 milyon 29 min 231 nəfər) İstanbulda yaşayır. Sonrakı yerlərdə 5 milyon 445 min 26 nəfərlə paytaxt Ankara, 4 milyon 279 min 677 nəfərlə İzmir, 2 milyon 936 min 803 nəfərlə Bursa və 2 milyon 364 min 396 nəfərlə Antalya gəlir.
2016-cı ildə Türkiyə əhalisinin artım tempi 13,5 faiz olub, ötən il isə bu göstərici 12,4 faizə qədər aşağı düşüb.