logo

Estoniya Baltikyanı ölkələrin müstəqilliyinin 100 illiyi münasibətilə bimetal sikkə buraxıb

10:21 01-02-2018 | icon 2625
Estoniya Baltikyanı ölkələrin müstəqilliyinin 100 illiyi münasibətilə bimetal sikkə buraxıb

Estoniya Bankı Baltikyanı üç ölkənin milli müstəqilliyinin 100 illiyi şərəfinə 2 avro nominalında bimetal sikkəni dövriyyəyə buraxıb. YeniAvropa xəbər verir  ki, Avropa İttifaqının hər yerində istifadə olunacaq sikkənin bir üzündə Estoniya, Latviya və Litvanın ortaq tarixlərinin rəmzi olaraq hörük təsvir edilib. Digər tərəfdə isə 2 avro-luq təsvir olduğu kimi saxlanılıb.  İşin müəllifi Litva dizayneri Yustas Petrulisdir.

Estoniyada sikkənin tirajı 500 000 nüsxədir.

Xatırladaq ki, dövlət müstəqilliyin 100 illiyi Litvada fevralın 16-da, Estoniyada fevralın 24-də, Latviyada isə noyabrın 18-də qeyd ediləcək.