logo

Yaponiyada Ayın tam tutulması müşahidə edilib

09:12 01-02-2018 | icon 2611
Yaponiyada Ayın tam tutulması müşahidə edilib

Yaponiya əhalisi yanvarın 31-də axşam saatlarında Ayın tam tutulmasını müşahidə ediblər. Yerin peyki olan Ayın tam tutulması Günəş, Yer və Ay eyni xətt üzərində dayandıqları zaman baş verir və bu zaman Ay Yerin kölgəsində qalır. YeniAvropa xəbər verir  ki, Yaponiya vaxtı ilə saat 20:48-dən başlayaraq müşahidə olunan təbiət hadisəsi böyük maraqla qarşılanıb. Ayın tam tutulması isə saat 21:51-dən sonra müşahidə olunub və təqribən 1 saat 17 dəqiqə çəkib. Həmin müddət ərzində Ay tutqun çəhrayı rəngdə olub. Tutulma yerli vaxtla saat 0:11-də başa çatıb.

Xatırladaq ki, bundan əvvəl Yaponiyada Ayın tam tutulması 2015-ci ilin aprelində müşahidə edilmişdi. Növbəti tam tutulmanın 2022-ci il noyabrın 8-də baş verəcəyi bildirilir.