Birləşmiş Ərəb Əmirliklərinin Şarcə əmirliyindəki “Sahara Centre”də dünyanın ən böyük qızıl üzüyü sərgilənir.YeniAvropa xəbər verir ki, bu barədə yerli KİV-lərdə məlumat yer alıb. Xəbərdə qeyd olunur ki, “Najmat Taiba” adlı üzüyün çəkisi 64 kiloqramdır və 5,1 kiloqram qiymətli daşlar və brilyant, habelə 615 ədəd “Swarovski” kristalı ilə bəzədilib.
2000-ci ildə “Najmat Taiba” öz alıcısına cəmi 547 min dollara başa gəlmişdi. Bu gün isə üzüyün qiyməti təqribən 3 milyon dollara çatır.
Xəbədə həmçini qeyd olunur ki, Dubayın “Taiba” şirkətinə məxsus olan bu üzüyü 55 mütəxəssis 45 gün müddətində və gündə 10 saat işləməklə hazırlayıb.