Xalq artisti Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunacaq
Mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Mədəniyyət Nazirliyindən YeniAvropa-ya bildirilib ki, tədbirdə Roza Cəlilovanın yaradıcılığından danışılacaq, sənət fəaliyyətinə nəzər salınacaq.
Tədbir konsert proqramı ilə davam edəcək. Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və “Xəzər” Universitetinin tələbələri, İranın “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qrupları çıxış edəcəklər.
Qeyd edək ki, Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. O, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında başlayıb. Qısa müddətdə öz məharəti ilə xalqın sevgi və rəğbətini qazanan Roza Cəlilova həmin ansamblın solisti olub. O, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilməklə öz sənəti ilə böyük səhnə peşəkarlığına və fitri istedada malik olduğunu sübut edib. Onun repertuarında milli rəqslərimizdən başqa ərəb, fars və bir sıra digər xalqların rəqsləri də yer tutur. Hər bir çıxışı tamaşaçı alqışları ilə qarşılanan sənətçi beynəlxalq festivalların laureatıdır. Rəqs sənətinin vurğunu olan görkəmli sənətkar dünyanın müxtəlif ölkələrində yüksək ifaçılıq məharəti ilə milli rəqs sənətimizi yerli tamaşaçılara sevdirməklə yanaşı, mədəniyyətimizin təbliğində özünəməxsus xidmətlər göstərib.
Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olub, kütləvi xalq rəqslərinə gözəl quruluşlar verib.
Azərbaycan nefti 101,16 dollara satılır
Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyası hazırlanır
Qənirə Paşayevanın son durumu açıqlanıb
Xocavənddə terror aktını törədənlər saxlanılıb
Azərbaycanın güləş millisi komanda hesabında dünya çempionu olub
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib
Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunda yüksək vəzifəyə təyin olunub
Bakıda avtobusla "OPEL" toqquşub, iki nəfər ölüb
Mərkəzi Bank dövriyəyə yenilənmiş 5 qəpiklik buraxıb
Füzulidə ər arvadını öldürüb
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb
Xankəndi şəhərində Azərbaycan işığı yanır
Qarabağda silah-sursatın müsadirəsi davam edir
Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub-TƏBİB
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
Deputat Qənirə Paşayeva xəstəxanaya yerləşdirilib
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib
Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək-DİN
Sabah Bakıda yağış yağacaq,26° isti olacaq
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
Parataekvondoçumuz dünya çempionu olub
Kəlbəcərdə qanunsuz fəaliyyət göstərən şirkətin ərazisində silah-sursat aşkar edilib
Tbilisidə 4,7 ballıq zəlzələ olub
Ərdəbildə İƏT ölkələri turizm nəzirlərinin görüşü keçiriləcək