logo

Qəddafinin oğlu prezidentliyə namizədliyini irəli sürəcək

16:04 18-12-2017 | icon 2219
Qəddafinin oğlu prezidentliyə namizədliyini irəli sürəcək

Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi  gələn il keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədir.

Bunu “Egypt Today” nəşrinə Qəddafi ailəsinin nümayəndəsi Basem əl-Həşimi əs-Soul deyib. Onun sözlərinə görə, Seyf əl-İslam Qəddafi 2018-ci ilin ortalarında keçirilməsi planlaşdırılan prezident seçkilərində namizədliyini irəli sürəcək.O, qeyd edib ki, Seyf əl-İslam Qəddafi yaxın vaxtlarda öz seçki platformasını ictimayiləşdirmək niyyətindədir. Platformada BMT-nin Liviyada sülh və sabitlik yarada biləcəyinə ümidlər ifadə olunur. O,həmçinin ,  hesab edir ki, ölkənin təhlükəsizliyini gücləndirmək üçün bütün qruplaivalarla əməkdaşlığı gücləndirmək vacib məsələdir.  

RİA-Novosti