logo

Saakaşvili azadlıqda – VİDEO + FOTO

01:41 12-12-2017 | icon 2464
Saakaşvili azadlıqda – VİDEO + FOTO

Kiyevin Peçerski Rayon Məhkəməsi Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilininin sərbəst buraxılmasına dair qərar qəbul edib.

YeniAvropa.Az-ın xəbərinə görə, bu barədə bazar ertəsi, dekabrın 11-də, RİA Novosti nəşri məlumat yayıb.

Hakim Larisa Çokol prokurorluğun ittihamını rədd edib. Siyasətçi Ali Radanın deputatlarının himayəsi altında azad olunub.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti dekabrın 9-na keçən gecə öz dostunun evində olarkən saxlanılıb. Təcridxanaya yerləşdirilən Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını bəyan edib.

S.B.