logo

Kabildə törədilən partlayış nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb

17:27 27-01-2018 | icon 2471
Kabildə törədilən partlayış nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadzenin minalanmış təcili tibbi yardım avtomobilini partlatması nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb, 151 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. YeniAvropa xəbər verir  ki, 1TV telekanalının yaydığı məlumata görə, Əfqanıstan daxili işlər nazirinin müavini partlayışla əlaqəli olan 4 nəfərin həbs edildiyini bildirib.

Xatırladaq ki, partlayış bu gün xarici ölkə səfirliklərinin və hökumət binalarının yerləşdiyi diplomatik məhəllədə törədilib. Hadisə nəticəsində ətrafdakı binalara ciddi zərər dəyib.

Terror aktının məsuliyyətini ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatı üzərinə götürüb.