ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) alimləri fevralın 4-də yerli vaxtla saat 13:30-da orta böyüklükdə asteroidin Yer kürəsinin yaxınından keçəcəyini bildiriblər. YeniAvropa NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, diametri 0,5-1,2 kilometr arasında olan “2002 AJ129” asteroidinin planetimizə 4,2 milyon kilometr yaxınlaşması gözlənilir. Bu, Yer kürəsi ilə Ay arasındakı məsafədən 10 dəfədən çoxdur.
Yer kürəsinə ən yaxın olduğu zaman saniyədə 34 kilometr sürətlə boşluqdan keçəcək asteroidin indiyədək kəşf edilən ən sürətli səma cismi olduğu bildirilib.
NASA alimləri “potensial təhlükəli asteroid” kateqoriyasına daxil edilmiş göy cisminin gələcək 100 il ərzində Yer kürəsi ilə toqquşma riskinin olmadığını açıqlayıblar.
Xatırladaq ki, “2002 AJ129” asteroidi 2002-ci ildə kəşf edilib.