Bu gün səhər saatlarında Hindistanın Mumbay şəhərinin əhalinin sıx yaşadığı Saki Naka rayonundakı kafedə baş verən yanğın nəticəsində azı 12 nəfər həlak olub, 4 nəfər isə ağır xəsarətlər alıb.
“Times of India” qəzetinin yaydığı məlumata görə, yanğın kafe müştərilərlə dolu olduğu vaxt baş verib. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.
Hazırda hadisə yerində yanğınsöndürənlər və polis əməkdaşları fəaliyyət göstərir. Yerli hakimiyyət orqanları yanan binanın içərisində hələ də insanların qala biləcəyindən ehtiyatlanırlar.
Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün təhqiqat başlayıb.