Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Səbail rayonu, İstiqlaliyyət küçəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb edilib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata görə, mənzilin mətbəxində məişət avadanlığı və əşyalar yanıb.
Əlavə məlumat veriləcək.