Cənubi Koreya ötən il xarici ölkələrə əvvəlki ildəkindən 3,9 faiz çox – 41,71 milyard ABŞ dolları dəyərində avtomobil satıb. YeniAvropa Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyinə istinadla xəbər verir ki, xaricdə Koreya istehsalı olan yolsuzluq avtomobillərinə və iri sedan modellərinə maraq böyük olub. Kiçik və orta ölçülü sedanların satışı isə zəifləyib.
Məlumatda bildirilir ki, say etibarı ilə ölkənin xaricə satdığı avtomobillərin sayında 3,5 faizlik geriləmə olub. Belə ki, 2016-cı ildə 2,62 milyon avtomobil satılmışdısa, ötən il bu rəqəm 2,52 milyon ədəd olub.
Ötən il Cənubi Koreyada əvvəlki illə müqayisədə 2,7 faiz az (4,11 milyon ədəd) avtomobil istehsal edilib.