logo

Çin iqtisadiyyatı ötən il 6,9 faiz artıb

23:59 18-01-2018 | icon 2303
Çin iqtisadiyyatı ötən il 6,9 faiz artıb

Çində ümumi daxili məhsul (ÜDM) ötən il 6,9 faiz artaraq, hökumətin rəsmi proqnozu olan 6,5 faizlik göstəricini üstələyib. YeniAvropa xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu məlumat yayıb.

Qeyd edək ki, dünyanın ikinci ən böyük iqtisadiyyata malik ölkəsi olan Çində ÜDM-in artım tempində son illər azalma müşahidə olunurdu. Belə ki, 2010-cu ildə bu rəqəm 10,6 faiz olmuşdusa, 2016-cı ildə göstərici 6,7 faizədək enmişdi.