Şimali Koreya hökuməti Cənubi Koreyanın Pxençxan şəhərində baş tutacaq Qış Olimpiya Oyunlarının açılış mərasimindən bir gün əvvəl hərbi parad keçirməyi planlaşdırır. YeniAvropa xəbər verir ki, bu haqda "Interfax" informasiya agentliyi məlumat yayıb. Xəbərdə qeyd olunur ki, paradda 12 minə qədər hərbçinin iştirakı gözlənilir. Parad zamanı, həmçinin hərbi texnika da nümayiş olunacaq.
Pxenyan şəhəri yaxınlığında yerləşən aeroportda keçiriləcək parad fevralın 8-nə planlaşdırılıb. O, 69 il əvvəl 1948-ci il fevralın 8-də KXDR-in nizami ordusunun yaradılmasının ildönümünə həsr edilib.
Xatırladaq ki, Qış Olimpiya Oyunları Cənubi Koreyanın Pxençxan şəhərində bu il fevralın 9-dan 25-dək keçiriləcək. Oyunların açılış mərasimində Cənubi Koreya və KXDR komandalarının stadiondan bir bayraq altında keçməsi qərara alınıb. Şimali Koreya Olimpiadaya ümumilikdə 550 nəfərlik nümayəndə heyəti göndərəcək