logo

Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib

17:57 07-11-2024 | icon 917
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib

Prezident İlham Əliyev noyabrın 7-də  daha iki nəfəri general ali hərbi rütbəsi ilə təltif edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidentin imzaladığı sərəncamlara əsasən polkovnik Azər Aydın oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova  isə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.