Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Polşada keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Azərbaycan Voleybol Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, çempionatda Azərbaycan, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi komanda mübarizə aparacaq. B qrupunda yer alan yığmamızın rəqibləri Litva, Ukrayna və Estoniya kollektivləridir.
Qeyd edək ki, noyabrın 20-23-də təşkil olunacaq yarış “Avro-2025”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.