Noyabrın 7-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan YeniAvropa-ya verilən məlumata görə, yerli vaxtla saat 12:34-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,4-ə bərabər olub.
Zəlzələnin ocağı 67 kilometr dərinlikdə yerləşib.