Sahibə Qafarova Qlobal Tolerantlıq və Sülh Şurasının sədrini qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 6-da Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənYeniAvropa-ya bildirilib ki, görüşdə Sahibə Qafarova Dünya dini liderlərinin qlobal Bakı Sammitinin çox aktual məsələlərin müzakirə edildiyi mühüm bir platforma olduğunu söyləyib.
O, Qlobal Tolerantlıq və Sülh Şurasının dünyada sülh və tolerantlığı təşviq etdiyini, Azərbaycan xalqının da eyni dəyərləri bölüşdüyünü bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanda multikulturalizmin, tolerantlığın və dinlərarası dialoqun təşviqi həmişə xalqımızın həyat tərzi və dövlət siyasəti olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, bütün dünyada tolerantlıq, multikulturalizm, qarşılıqlı anlaşma kimi humanist dəyərləri təbliğ edir.
Sahibə Qafarova ölkəmizin təşkilatçılığı ilə keçirilmiş və tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası dialoq, qarşılıqlı anlaşma mövzularına həsr olunmuş tədbirləri xatırladıb. Onun sözlərinə görə, dünyada baş verən münaqişələrin səbəblərindən biri də tolerantlığın, qarşılıqlı anlaşmanın olmamasıdır.
Görüşdə qeyd olunub ki, Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi təkcə ölkəmizin yaşıl enerji gündəliyinə qlobal dəstəyi deyil, həm də onun müxtəlif qrupları birləşdirmək, dialoqu təşviq etmək və onlar arasında anlaşmaya nail olmaq qabiliyyətini əks etdirir. Dünya dinləri tolerantlıq anlayışı dövrümüzün ən aktual problemi olan iqlim dəyişikliyi ilə mübarizədə böyük potensiala və imkanlara malikdirlər. Sammitin “Dünya dinləri yaşıl planet uğrunda” şüarı da bu aktuallığı əks etdirir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, COP29 çərçivəsində Milli Məclis və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə parlament konfransı keçiriləcək. Bu konfransın da aktual məsələlərin müzakirəsi baxımından mühüm bir fürsət olacağına əminlik ifadə edilib.
Qlobal Tolerantlıq və Sülh Şurasının sədri Əhməd Məhəmməd Əlcərvan Dini Liderlərin Qlobal Sammitinin yüksək səviyyədə təşkilinə və onun Azərbaycana səfərinə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, Azərbaycanı çox sevdiyini, ölkəmizlə tanışlığın, xalqımızın mədəniyyətinin, multikultural dəyərlərinin qonaqlarda yüksək təəssürat yaratdığını deyib.
Qonaq Dünya dini liderlərinin qlobal Bakı Sammitinin sülh və tolerantlıq haqqında müzakirələr aparmaq üçün əlverişli bir imkan olduğunu qeyd edib. Qlobal Tolerantlıq və Sülh Şurasının sədri rəhbərlik etdiyi təşkilat haqqında məlumat verib.
Görüşdə tərəflər arasında əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Ərdoğandan dünya müharibəsi ehtimalı ilə bağlı xəbərdarlıq
Fransa səfiri Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb
UEFA Avropa Liqası:“Qarabağ”-“Lion” matçına 13 min bilet satılıb
Azərbaycanın neftin qiyməti azalanda ehtiyat tədbiri var
“Azəristiliktəchizat”ın əhalidən yığdığı pul xərclərini ödəmir-Nazir
DÇ-2026:Püşkatmada Azərbaycan yığması IV səbətdə yer alacaq
Avropa Kubokunda 20 cudocumuz qüvvəsini sınayacaq
Sabay Bakıda 15° isti olacaq
UEFA Millətlər Liqası: Azərbaycan sonuncu liqada mübarizə aparacaq
Tramp məşhur cərrah Mehmet Özü yüksək vəzifəyə təyin edib
Kəlbəcərdə Külək ES-in qurulması ilə bağlı Anlaşma Memorandumu imzalanıb
6:0 hesabı bizim əsl gücümüz deyil-İsveçin baş məşqçisi
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edilib
Sankt-Peterburqda Üzeyir Hacıbəylinin heykəli ucaldılacaq
Azərbaycan Haaqa Məhkəməsində Ermənistanla bağlı iddia qaldırıb
Azərbaycan nefti 74,40 dollara satılır
G20 ölkələrinin yekun sənədində "COP29"a dəstək ifadə olunub
DİM ədliyyə orqanlarına qəbulla bağlı ödənişli imtahan keçirəcək
Ukraynanın 50-yə yaxın ATACMS raketi var-“The Times”
Şamaxıda 3,7 ballıq zəlzələ olub
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Fernandu Santuş 0:6 hesablı nəticədən dərs çıxaracağını deyir