Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının(TDT) növbəti on birinci Zirvə Toplantısı keçiriləcək.
YeniAvropa xəbər verir ki, “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” devizi ilə keçiriləcək sammitdə təşkilata üzv olan beş dövlətin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları, eləcə də təşkilatda müşahidəçi statusunda olan ölkələr-Türkmənistan, Masarıstan və Şimali Qıprpz Türk Cümhuriyyətinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir.
Sammitdən sonra 2025-ci il üçün Türk Dövlətləri Təşkilatına sədrlik Qırğızıstan Respublikasına keçəcək.
Qırğızıstan Respublikasının Təşkilatda qarşıdan gələn sədrliyi zamanı üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi, iqtisadi artım üçün yeni imkanların yaradılması və regionda həyat səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.