Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə xalqlarımızın ortaq tarixinin, mədəniyyətinin, dil və dininin ölkələrimiz arasında əlaqələrin inkişafında rolundan danışılıb. Qeyd olunub ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma prinsipləri əsasında davamlı inkişaf edib.