Azərbaycanın strateji valyuta ehtiyatları 72 milyard 832 milyon dollar ətrafındadır.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının(AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bura Mərkəzi Bankın və Dövlət Neft Fondunun ehtiyatları daxildir.
Neft və qaz qiymətlərinə gəldikdə T.Kazımov qeyd edib ki, 2024-cü ilin sonuna neftin orta qiyməti 81,4 dollar, 2025-ci il üzrə isə neftin orta illik qiyməti 79,2 dollar olacağı proqnozlaşdırılır: “Qazın qiymətinə gəldikdə isə 2024-cü ilin sonuna qazın orta qiyməti 290 dollar, növbəti il isə bu göstərici 340 dollar olacağı gözlənilir”.